Goranboy sakini qonşusunu qətlə yetirərək evini qarət edib

Goranboy sakini qonşusunu qətlə yetirərək evini qarət edib
# 06 avqust 2012 09:15 (UTC +04:00)
Bu barədə APA-ya Goranboy rayon Polis Şöbəsindən bildirilib. Hadisə rayonun Şadlı kəndində qeydə alınıb. Kənd sakini Dilarə Əliyeva yaşadığı ünvanda qətlə yetirilib və qarət olunub. Meyitə ilkin baxış keçirilərkən onun küt alətlə öldürüldüyü müəyyənləşib. Qadının öldürdükdən sonra yaşadığı evin həyətinə atıblar.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində D. Əliyevanı qarət məqsədi ilə həmkəndlisi Amid Əliyev tərəfindən öldürüldüyü müəyyənləşib və o tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR