BMT və ƏDL-nın Suriya üzrə xüsusi təmsilçi vəzifəsinə ən ehtimal olunan namizədlər Migel Anxel Moratinos və Xavyer Solanadır

BMT və ƏDL-nın Suriya üzrə xüsusi təmsilçi vəzifəsinə ən ehtimal olunan namizədlər Migel Anxel Moratinos və Xavyer Solanadır
# 09 avqust 2012 03:42 (UTC +04:00)
Bakı-APA. İspaniyanın sabiq xarici işlər naziri Migel Anxel Moratinos və NATO-nun sabiq Baş katibi Xavyer Solana BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçi vəzifəsinə ən ehtimal olunan namizədlərdir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-də diplomatik mənbə bildirib.
Bu vəzifəyə Finlandiyanın sabiq prezidenti Marti Axtisaarinin təyin olması xəbərini mənbə şayiə adlandırıb. Marti Axtisaarinin şansı olduqca azdır.
Qeyd edək ki, BMT-nin Baş katibi Pan Ki Mun BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçi Kofi Annanı əvəz edən şəxsin müəyyən olunmasında BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinin mövqeyi nəzərə alacağını bildirib.
BMT-nin qərargahında keçirilən brifinqdə baş katibin nümayəndəsi Martin Nesirke deyib ki, BMT namizədin adının açıqlamasına yaxındır, lakin bu addımı atmağa hazır deyil.
Xatırladaq ki, avqustun 2-də BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçi Kofi Annan tutduğu vəzifədən istefa verib.
Kofi Annan tərəfindən irəli sürülən planda Suriyada hərbi texnikanın şəhərlərdən çıxarılması və hər iki tərəfin zorakılığa son qoyması əksini tapmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR