Azərbaycanın mədəniyyət və turizm naziri Latviyaya gedir

Azərbaycanın mədəniyyət və turizm naziri Latviyaya gedir
# 12 oktyabr 2012 14:41 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Oktyabrın 17-18-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Latviyaya səfər edəcək.

Latviyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində Ə.Qarayev Latviyanın mədəniyyət naziri Janet Yaunzete Qredo və iqtisadi inkişaf naziri Daniel Pavlyudla görüşlər keçirəcək.

Qeyd edək ki, görüşlərin nəticəsi olaraq tərəflər arasında 2013-2014-cü illər üçün mədəni əməkdaşlıq proqramı imzalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR