Bakı sakinlərindən psixotrop maddələr götürülüb

Bakı sakinlərindən psixotrop maddələr götürülüb
# 19 oktyabr 2012 11:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə respublikamıza gətirilən psixotrop maddələrin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri Bakı şəhər sakinləri Yusif Hacıyevdən, Yeganə Nuriyevadan və əvvəllər məhkum olunmuş Kamran Əmrahovdan 10 min həb "Obidol", 850 həb "Metadon", 140 həb "Fenobarbital", 10 həb "Diazepam" və 40 ampula "Relanium" dərman preparatları aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR