İranın “Press TV” kanalının əməkdaşı Suriyada qətlə yetirilib - FOTO

İranın “Press TV” kanalının əməkdaşı Suriyada qətlə yetirilib - <font color=red>FOTO</font>
# 26 sentyabr 2012 12:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Suriyanın paytaxtı Dəməşq şəhərində İranın ingilis dilində yayımlanan “Press TV” telekanalının əməkdaşı qətlə yetirilib. APA-nın məlumatına görə, telekanalın rəsmi internet saytında yerləşdirilən xəbərdə Maya Nasirin snayper gülləsinə tuş gəldiyi bildirilib. Məlumatda həmçinin İranın ərəb dilində yayımlanan “əl-Aləm” telekanalının Suriya bürosunun rəhbəri Hüseyn Mürtədanın da yaralandığı qeyd olunub. “Əl-Aləm” telekanalı Livan vətəndaşı olan müxbirinin Şamdakı Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının binasına təşkil edilən bombalı hücumların baş verdiyi bölgəyə gedərkən vurulduğunu açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR