Azərbaycanın 2013-cü il üçün əsas makroiqtisadi proqnozları açıqlanıb

Azərbaycanın 2013-cü il üçün əsas makroiqtisadi proqnozları açıqlanıb
# 15 oktyabr 2012 09:05 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyindən məlumat verilib.

Eyni zamanda, bu il ÜDM-in 51 379,3 mln. manat, iqtisadi artımın isə 2,2% olacağı gözlənilir.

Gələn il ÜDM-də özəl sektorun xüsusi çəkisi 83,1%, 2012-ci ildə isə 83,5%, neft sektorunun xüsusi çəkisi isə müvafiq olaraq 38,6% və 43,4% səviyyəsində proqnozlaşdırılır. Qeyd edək ki, proqnozlara əsasən, gələn il neft ÜDM-in 2,9%, bu il isə 4,5% azalması gözlənilir, qeyri-neft ÜDM üzrə isə müvafiq olaraq 11,7% və 9,6%-lik artım proqnozlaşdırılır.

Hökumətin proqnozlarına görə, 2013-cü ildə əhalinin gəlirləri 9,1% artaraq 39 732,4 mln. manat, bu il isə 7,4% artaraq 34 458,8 mln. manata çatacaq. Eyni zamanda, əhalinin xərclərinin gələn il 8,5% artaraq 28 496,1 mln. manat, 2012-ci ildə isə 6,1% artaraq 24 842,2 mln. manata çatacağı gözlənilir. Orta aylıq əmək haqqının həcmi 2013-cü il üçün 440,3 manat və ya illik müqayisədə 3,9% çox, bu il üçün isə 41,7 manat və ya 5,7% çox proqnozlaşdırılır. Nəhayət, inflyasiyanın 2013-cü ildə 5,7% olacağı proqnozlaşdırılır ki, bu da 2012-ci ilin proqnozundan 1 faiz bəndi çoxdur.

Bundan əlavə, 2013-cü ildə neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Müqayisə üçün bildirək ki, 2012-ci ilin proqnozları müvafiq olaraq 42,9 mln. ton və 27,1 mlrd. kubmetr təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR