İranda biri xanım olmaqla 4 azərbaycanlı fəal azadlıqdan məhrum edilib
11 oktyabr 2012 10:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda aralarında biri xanım olmaqla 4 azərbaycanlı fəal azadlıqdan məhrum edilib.
APA-nın məlumatına görə, Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi Əfsanə Toqir, Vahid Həbibçeşmə, Vahid Rastqu və Məhəmməd İskəndərzadənin hər birinə 1 il həbs cəzası verib.
Xanım Əfsanə Toqir hakimiyyətin əleyhinə təbliğat aparmaqda, Vahid Həbibçeşmə və Məhəmməd İskəndərzadə hakimiyyətin əleyhinə təbliğat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmağa cəhd göstərməkdə, Vahid Rastqu isə hakimiyyətin əleyhinə təbliğat aparmaq, ölkənin milli təhlükəsizliyini pozmağa cəhd göstərmək və İranın ali dini liderini təhqir etməkdə günahlandırılıb.
Azərbaycanlı fəallara qarşı irəli sürülən ittihamlara sübut kimi onların “Susma” dərgisinin nəşrində və “Susuz göl” bloqunun yaradılmasında iştirak etmələri göstərilib. Ancaq azərbaycanlı fəallar İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində (ETTELAAT) və istintaq zamanı bunu işgəncələr altında etiraf etməyə məcbur qaldıqlarını bildiriblər. Onların vəkilləri Cəfər Əfşarniya, Əli Abbaszadə və Fatimə Səttari bununla bağlı məhkəmə sədarətini məlumatlandırıblar. Ancaq hakim Rəhim Həmlbərin sədrliyi ilə keçirilən məhkəmə prosesi bunu nəzərə almayıb.
İclasın sonunda bəzi ittihamlar azərbaycanlı fəalların üzərindən götürülsə də, onlara hər birinə 1 il həbs cəzası verilib. Ancaq Vahid Rastqu, Vahid Həbibçeşmə və Məhəmməd İskəndərzadənin məhkumluq müddətinin 6 ayı, Əfsanə Toqirin isə bütün məhkumluq müddəti 5 il müddətinə şərti olaraq təxirə salınıb.

Asiya
Cənubi Koreya ABŞ-nin rəhbərlik etdiyi kiber təlimlərdə iştirak edəcək
08:35
5 may 2024
KİV: İsrail-HƏMAS atəşkəs danışıqları uğursuzluqla nəticələnib
06:25
5 may 2024
İsrail və HƏMAS bir neçə gün sonra atəşkəs barədə razılığa gələ bilər
02:47
5 may 2024
İsrail ordusu “İslami Cihad” təşkilatının komandirinin öldürüldüyünü açıqlayıb
01:53
5 may 2024