Fransanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin bağlı olacağı günlər açıqlanıb

Fransanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin bağlı olacağı günlər açıqlanıb
# 27 avqust 2012 11:09 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, səfirliyin viza şöbəsi 17-21 sentyabr tarixləri arasında bağlı olacaq, bu müddət ərzində viza müraciətlərinə baxılmayacaq.

Bu müddət ərzində fəaliyyətin dayandırılması həm adi pasportlara, həm də diplomatik və xidməti pasportlara şamil edilir.

Qeyd edək ki, viza şöbəsinin bağlanması viza üçün müraciət edən şəxslərin qəbulunu yaxşılaşdırmaq məqsədilə həyata keçirilən iri miqyaslı təmir işləri ilə əlaqədardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR