ATƏT-in baş katibi: “Status-kvo Dağlıq Qarabağ münaqişəsinin həll yolu deyil”

ATƏT-in baş katibi: “Status-kvo Dağlıq Qarabağ münaqişəsinin həll yolu deyil”
# 12 iyul 2012 10:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri İrəvanda jurnalistlərə verdiyi açıqlamada ATƏT-in baş katibi Lamberto Zannyer deyib.

O qeyd edib ki, münaqişə yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll oluna bilər. O Bakı və İrəvanda keçirdiyi görüşlərin ana xəttini bu yanaşmanın təşkil etdiyini deyib. Baş katib qoşunların təmas xəttində baş verən insidentlərdən narahatlığını ifadə edib və snayperlərin geri çəkilməsinin, insidentlərin təhqiqatı mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb.

Zannyer tərəfləri cavab reaksiyası verməkdən çəkinməyə çağırıb, Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri, deputatları, jurnalistləri arasında əlaqələrin qurulmasının vacibliyini önə çəkib. Onun sözlərinə görə, qarşıdurmanın eskalasiyası əvəzinə danışıqların dinamikasını stimullaşdırmaq lazımdır. O münaqişə tərəflərini öz cəmiyyətlərini sülhə hazırlamağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR