Azərbaycanda ümumi təhsil bazasında (9 illik) payız imtahanı keçiriləcək binalara baxış keçirilir
08 sentyabr 2012 08:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Xüsusi Dövlət Mühafizə Xidməti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Daxili İşlər Nazirliyinin (DİN) işçi qrupları ilə birgə sabah ümumi təhsil bazasında (9 illik) payız imtahanı keçiriləcək binalara baxış keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sabah keçiriləcək payız imtahanında 28469 şagirdin iştirak edəcəyi gözlənilir.
İmtahan respublikanın 55 şəhər və rayonunda keçiriləcək. İmtahanın keçirilməsi üçün 73 imtahan mərkəzi, 2371 nəzarətçi müəllim ayrılıb. Payız imtahanında iyun ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər və ya iki fəndən müvəffəq qiymət ala bilməyən 9-cu sinif şagirdləri iştirak edəcəklər.

Sosial
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
12:43
19 may 2024
Sabah Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:21
19 may 2024
DİN uşaqların kiber təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib - VİDEO
10:34
19 may 2024
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22
19 may 2024