Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib
# 29 avqust 2012 22:44 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 130-cu kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü, rayonun Mosul kənd sakini Gönkülov Azad Camal oğlu idarə etdiyi VAZ-2109 markalı 10 DG 662 dövlət nişan nömrəli avtomobil idarəetməni itirərək qarşısında gedən “MAN” markalı, 99 CE 743 dövlət nişan nömrəli yük maşınını arxadan vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Azad Gönkülov hadisə yerində ölüb. Faktla bağlı Daxili İşlər Nazirliyinin(DİN) Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR