İlk azərbaycanlı qadın teatr rəssamının sərgisi keçirilib - FOTO

İlk azərbaycanlı qadın teatr rəssamının sərgisi keçirilib - <font color=red>FOTO</font>
# 21 sentyabr 2012 13:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq rəssamı Bədurə Əfqanlının 100 illik yubileyi münasibətilə sərgi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov B.Əfqanlı haqqında fikirlərini bölüşüb: “Ötən əsrin əvvəllərində teatr-dekorasiya sənətinin inkişafı və təşəkkül tapmasında xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamı Bədurə Əfqanlının xidmətləri əvəzsiz olub. O, Azərbaycan Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında və bir müddət Aşqabad Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam olaraq çalışıb. Rəssam 1960-cı ildən fəaliyyətini “Azərbaycanfilm” kinostudiyasında davam etdirərək “Koroğlu”, “Leyli və Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”, “Dədə Qorqud”, “O qızı tapın”, “Qatır Məmməd” kimi ekran əsərlərinə geyim eskizləri çəkib. Rəssamın eskizləri, bədii tərtibat verdiyi əsərlər özündən sonrakı nəsillər üçün məktəb rolunu oynayıb”.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təsdiq etdiyi tədbirlər planına əsasən həyata keçirilən sərginin silsilə xarakteri daşıdığını və bir sıra dövlət teatrlarında davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Dövlət Rəsm Qalereyasında böyük rəssamların əsərləri saxlanılır. Mütəmadi olaraq biz həmin əsərlərin sərgilərini həyata keçiririk. XX əsr təsviri incəsənətinin və teatr-dekorasiya sənətinin korifey sənətkarı Bədurə Əfqanlının 100 illik yubileyinə həsr olunmuş tədbir Gənc Tamaşaçılar Teatrından sonra, Akademik Milli Dram Teatrı və digər teatr müəssisələrində həyata keçiriləcək”. Çıxışlardan sonra tamaşaçılar sərgi ilə tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR