Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin sahəsi azalıb

Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin sahəsi azalıb
# 12 oktyabr 2012 11:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 197,8 min kv. metr olan yeni yaşayış evləri inşa olunaraq istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrünə nisbətən 11,4% azalıb.

Bundan başqa, cari ilin ilk 9 ayı ərzində ölkədə 15 çarpayılıq xəstəxana, növbədə 831 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 24 972 şagird yerlik ümumtəhsil məktəbi, 880 yerlik məktəbəqədər təhsil müəssisəsi və 140 yerlik klub tikilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR