Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 08 oktyabr 2012 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,83 dollar və ya 2,0% azalaraq 1 barelə görə 89,88 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 5-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,56 dollar və ya 0,5% azalaraq 112,02 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR