Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri avqustda aşağı düşüb

Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri avqustda aşağı düşüb
# 06 sentyabr 2012 14:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, avqustda birillik bitkilərin istehsalçı qiymətləri 4,1%, çoxillik bitkilərin istehsalçı qiymətləri 3,6% ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,1% bahalaşıb.

Birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,4%, kartofun 10,8%, baş soğanın 0,6%, baş sarımsağın 5%, çuğundurun 12,6%, xiyarın 24,6%, pomidorun 0,3%, badımcanın 5,5%, bibərin 33,1%, yoncanın istehsalçı qiymətləri 1,3% ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 0,7%, yaşıl lobyanın 16,7%, qarpız və yemişin 2,2%, göyərtilərin 2,5%, quru otun istehsalçı qiymətləri isə 2,2% bahalaşıb.

«Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 10,6%, almanın 3,7%, armudun 4,5%, şaftalının 13,7%, gavalı və göyəmin 2,5%, fındığın istehsalçı qiymətləri isə 8,3% ucuzlaşıb», - deyə Komitədən bildirilib.

Avqustda həmçinin diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1%, mal, qoyun və quş ətinin (diri çəkidə) müvafiq olaraq 0,7%, 0,3% və 4,1%, hind toyuğunun istehsalçı qiymətləri 1,3% ucuzlaşıb: «Bu ucuzlaşma ilə yanaşı, ay ərzində inək südünün istehsalçı qiymətləri 6,4%, yumurtanın istehsalçı qiymətləri isə 1,9% bahalaşıb».

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,1% ucuzlaşma müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR