Azərbaycandan olan müşahidəçilər Ukraynada keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Azərbaycandan olan müşahidəçilər Ukraynada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
# 08 oktyabr 2012 10:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycandan olan müşahidəçilər Ukrayna Ali Radasına oktyabrın 28-də keçiriləcək seçkiləri müşahidə edəcək.

APA-nın Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən xəbərinə görə, indiyədək 972 müşahidəçi rəsmən qeydiyyatdan keçib. Onların arasında 11 xarici ölkənin və 20 beynəlxalq təşkilatın müşahidəçiləri də var.

Qeyd edək ki, Ukrayna MSK-nın qərarı ilə Ukraynanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb. Azərbaycanda yaşayan Ukrayna vətəndaşları seçki günü orada səs verə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR