TQDK II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını öz saytında yerləşdirib

TQDK II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını öz saytında yerləşdirib
# 04 avqust 2012 10:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda II ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, həm Azərbaycan, həm də rus bölməsi üzrə imtahanın düzgün cavabları TQDK-nın rəsmi saytında yerləşdirilib.

Ötən gün keçirilən imtahanlarda 550 abituriyent gecikmə və digər səbəblərdən iştirak etməyib. İmtahan zamanı qayda pozuntularına yol verən 19 abituriyent imtahandan xaric olunub.

Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə dünən keçirilən qəbul imtahanında iştirak üçün 22 867 abituriyent ərizə təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR