Azərbaycanda SEPAH-la əməkdaşlıqda ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb

Azərbaycanda SEPAH-la əməkdaşlıqda ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb
# 28 avqust 2012 10:15 (UTC +04:00)
APA-nın məlumatına görə, qapalı keçirilən prosesə kütləvi informasiya vasitələrinin nümayəndələri buraxılmayıb. APA-nın əldə etdiyi məlumata görə, prosesdə müdafiə tərəfi bir neçə vəsatət verib. Həmin vəsatətlərin müzakirəsi ilə əlaqədar olaraq prosesin hazırlıq iclası sabah davam etdiriləcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyin (MTN) martın 14-də yaydığı məlumata əsasən, nazirliyin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər tutulub.

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları - Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudağ oğlu və qeyriləri İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "İslam İnqilabının Mühafizəçiləri Korpusu” "SEPAH"ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, "SEPAH"ın əməkdaşlarının tapşırıqları əsasında casusluq edərək, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb və verib, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları "SEPAH"ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR