AFFA rəhbərliyi milli komandanın baş məşqçisini istefaya göndərib

AFFA rəhbərliyi milli komandanın baş məşqçisini istefaya göndərib
# 05 noyabr 2012 13:43 (UTC +04:00)
Bakı – APA. AFFA rəhbərliyi 19 yaşadək futbolçulardan ibarət milli komandanın (U-19) baş məşqçisi Vəli Qasımovla yeni müqavilə bağlamağa ehtiyac duymayıb. Apasport.az saytının xəbərinə görə, dekabrda başa çatan müqaviləyə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Vəli Qasımov 2011-ci ildən U-19-u çalışdırırdı. Həm ötən, həm də bu ilki seçmə mərhələdə elit raunda vəsiqə qazana bilməyən Qasımovun istefaya göndəriləcəyi gözlənilirdi. Çünki onun yetirmələri o qədər də çətin olmayan qrupda (Xorvatiya, İslandiya, Gürcüstan) 1 xalla sonuncu olmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR