Elmar Məmmədyarov Xorvatiyanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Xorvatiyanın xarici işlər naziri ilə görüşüb
# 27 sentyabr 2012 15:57 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici İşlər və Avropa məsələləri üzrə naziri Vesna Pusiç ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanlarını müzakirə edərək, qarşılıqlı maraq doğuran sahələr üzrə hüquqi sənədlərin imzalanması istiqamətində işlərin aparılması barədə razılığa gəliblər.

Xanım Vesna Pusiç ölkəsində həyata keçirilən layihələrə Azərbaycandan investisiya cəlb edilməsində maraqlı olduqlarını qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Balkan ölkələri, o cümlədən Xorvatiya ilə əməkdaşlığı genişləndirmək marağında olduğunu bildirib və bu istiqamətdə müvafiq addımların atılması üçün bu ölkədə həyata keçirilən infrastruktur layihələrində iştirak etmək imkanlarının öyrənilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın xarici işlər naziri həmçinin, iqtisadiyyatın turizm və energetika sahələrində iki ölkə arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün aidiyyəti sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin zəruriliyindən söz açıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR