«AtaBank» son bir ildə mənfəətini iki dəfə artırıb

# 15 oktyabr 2012 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin 2012-ci ilin oktyabrın 1-nə aktivlərinin həcmi 256,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 27,2% artaraq 186,5 mln. manata çatıb.

Bankdan bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında əldə olunan mənfəət 44 mln. manatdan artıq olub, bu isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 98,3% çoxdur.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın 24 filial və şöbəsi fəaliyyət göstərib. Bunlardan 12-si regionlarda, digərləri isə paytaxtda yerləşir. Bankın fəaliyyət göstərən ATM-lərin sayı isə 69 ədəd təşkil edir.

MALİYYƏ

BAĞLI

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR