Azərbaycanda xarici fəaliyyət iştirakçıları Gömrük Komitəsində veb-qeydiyyatdan keçməlidir

Azərbaycanda xarici fəaliyyət iştirakçıları Gömrük Komitəsində veb-qeydiyyatdan keçməlidir
# 09 avqust 2012 13:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dövlət Gömrük Komitəsi elektron gömrük xidmətlərinin təşkili məqsədi ilə idxal-ixrac əməliyyatları ilə məşğul olan fiziki və hüquqi şəxsləri Komitənin rəsmi internet səhifəsində qeydiyyatdan keçməyə dəvət edib. Bu barədə «APA-Economics»ə DGK-dən bildirilib.

«Komitə xarici iqtisadi fəaliyyət iştirakçılarından 1 sentyabr 2012-ci il tarixədək Dövlət Gömrük Komitəsinin internet səhifəsində (www.dgk.gov.az) «Elektron-Gömrük xidmətləri üzrə xarici iqtisadi fəaliyyət iştirakçısının qeydiyyatı» bölməsində qeydiyyatdan keçmələrini xahiş edir», - deyə elanda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR