Azərbaycanda lombardların və maklerlərin fəaliyyəti yenidən tənzimlənəcək

Azərbaycanda lombardların və maklerlərin fəaliyyəti yenidən tənzimlənəcək
# 07 sentyabr 2012 11:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində lombardların və əmlak alqı-satqısında vasitəçilərin fəaliyyətinin tənzimlənməsi nəzərdə tutulur.

«APA-Economics»in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda nəzərdə tutulub.

Sənəddə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması və bu sahədə institusional mexanizmlərin möhkəmləndirilməsi üçün bəzi tədbirlər yer alıb. Bu tədbirlərdən biri də Mülki Məcəlləyə uyğun olaraq lombardların və daşınmaz əmlak alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasıdır. Maliyyə Monitorinqi Xidməti və Ədliyyə Nazirliyi bununla bağlı təklifləri 2013-cü il ərzində hazırlamalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR