ABŞ İsraillə hərbi sahədə yeni müqavilə imzalayıb

ABŞ İsraillə hərbi sahədə yeni müqavilə imzalayıb
# 28 iyul 2012 01:49 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama İsrail ilə hərbi əlaqələri gücləndirəcək müqavilə imzalayıb.
APA-nın voanews.com saytına verdiyi xəbərə görə, Ağ Evdə keçirilən imzalama mərasimi zamanı Obama İsrailə hərbi sahədə daha 70 milyon dollar yardım ediləcəyini bildirib.
Obamanın belə bir sənədi imzalaması onun Respublikaçı rəqibi Mitt Romninin İsrailə səfərindən bir gün əvvələ təsadüf edib. İsrailə səfəri zamanı baş nazir Benyamin Netanyahu ilə görüşməyi planlaşdıran Romni prezident Obamanın yəhudi dövlətinə münasibətini tənqid edib.

Ehtimal olunur ki, Obama bu addımı atmaqla prezident seçkilərində Florida ştatı da daxil edilməklə, bir neçə əhəmiyyətli ştatda yəhudilərin dəstəyini qazanmağa çalışır. Belə ki, bir çox yəhudilər onun İsrailə dəstəyinə skeptik yanaşırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR