Sabah Azərbaycan paytaxtında isti, yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında isti, yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 10 avqust 2012 09:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Avqustun 11-də ölkə ərazisində hava şəraitinin isti, günəşli keçəcəyi, cənub küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR