DİN Azərbaycan paytaxtında keçirilən xüsusi əməliyyata münasibət bildirib
19 oktyabr 2012 07:24 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin toplantı keçirməsi barədə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Məlumat araşdırılıb və təsdiqini tapandan sonra hadisə yerinə əməliyyat qrupu çıxıb. Əməliyyat zamanı toplantıda iştirak edən şəxslər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, bəzi mətbuat orqanlarında əməliyyat zamanı atışma baş verməsi, nəticədə ölən və yaralananların olması barədə məlumatlar həqiqətə uyğun deyil.
Qeyd edək ki, ötən gün saat 21.00 radələrində hüquq-mühafizə orqanları Bakının Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmlə əlaqəsi avtoritetlər saxlanılıb.

Hadisə
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
01:39
5 may 2024
Bakıda həkimə əri çoxsaylı bıçaq zərbəsi vurub
22:23
4 may 2024
Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB
21:38
4 may 2024
Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
20:46
4 may 2024