«Unibank» müəllimlər üçün yeni kredit aksiyası keçirir

«Unibank» müəllimlər üçün yeni kredit aksiyası keçirir
# 05 oktyabr 2012 12:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Unibank» ASC müəllimlər üçün yeni kredit aksiyası keçirir. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 5 oktyabr - Müəllimlər Günü ilə bağlı başlanılan aksiyada məqsəd müəllimlər üçün daha sərfəli şərtlərlə kredit təklif etməkdir.

Noyabrın 15-dək davam edəcək aksiya çərçivəsində müəllimlərə kredit üzrə son 6 ayın faizləri hədiyyə olunacaq. Kreditin müddəti 24 ay olduqda bank müəllimlərə əlavə olaraq kredit prosedurasına görə komissiyaya 2% endirim edəcək. Maksimal məbləği 5000 manat (6100 dollar) olan krediti almaq üçün müəllim şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməlidir. Həmçinin, 2500 manat (3100 dollar) həcmində kredit üçün zamin tələb olunmur, 3-24 aylıq kreditlər nağd qaydada verilir.

Bununla yanaşı bildirilir ki, 20 yaşından yuxarı, kreditin son ödəmə tarixinədək 65 yaşı ötməyən hər kəs bu kreditdən faydalana bilər. Aksiya çərçivəsində əlavə hədiyyə də verilir. Belə ki, hər kredit alan müəllim 60 dəqiqəlik pulsuz mobil telefon üçün danışıq kartı qazanacaq.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR