AYB-nin Gürcüstan təmsilçisi Gürcüstan Yazıçılar İttifaqının sədrinin Dağlıq Qarabağa səfərini pisləyib

AYB-nin Gürcüstan təmsilçisi Gürcüstan Yazıçılar İttifaqının sədrinin Dağlıq Qarabağa səfərini pisləyib
# 06 noyabr 2012 08:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri, şair Rafiq Hümmət Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvilinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, R. Hümmət M. Qonaşvilinin səfər barədə mülahizələrinə təəccübləndiyini deyib: “Qonaşvilinin Dağlıq Qarabağa səfəri barədə xəbərləri mən də oxudum və bunun təkzib olunmasını gözlədim. Əvəzində isə Makvala xanımın maraqlı bir mülahizəsinə rast gəldim. O bildirib ki, bu, siyasi yox, poeziya görüşü idi və əgər bu görüş Abxaziyada, yaxud Cənubi Osetiyada keçirilsəydi, yenə gedərdi. Təəssüf ki, Makvala Qonaşvili Dağlıq Qarabağa səfər edərək nə Azərbaycanın, nə də azərbaycanlı dostlarının marağını nəzərə almayıb”.

AYB-nin Gürcüstan təmsilçisi Azərbaycan və gürcü xalqlarını bir-birinə bağlayan sevgi bağlarının qırılmayacağına qəti inamını ifadə edib: “Gürcüstan azərbaycanlılarının üç böyük dərdi var – Qarabağ və Abxaziya ilə Cənubi Osetiya. Hələlik şairlər o qüdrətin sahibi deyillər ki, bir səfərlə xalqlar arasındakı həyatı yeniləşdirsinlər, ədaləti bərpa etsinlər. Həyat yalnız o zaman yaxşılığa doğru dəyişər ki, havadan sevginin, torpaqdan ədalətin ətri gəlsin”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR