AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9076, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9076, AMFBI indeksi 1,0001 təşkil edib
# 09 avqust 2012 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq avqust ayının 9-na 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0924 bənd və ya 9,2% azalaraq 0,9076 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin azalması bazar kapitallaşmasının azalması nəticəsində baş verib. Belə ki, avqustun 8-də həcmi 10 mln. manat olan bir not buraxılışı dövriyyədən çıxarılıb və 4 mln. manatlıq yerləşdirmə həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR