Siyəzəndə polis əməkdaşları qəzaya düşüb
05 oktyabr 2012 21:20 (UTC +04:00)
Siyəzən. Vəli Turan – APA. Siyəzən Qalaaltı yolunda yol nəqliyyat hadisəsi baş verib. İçərisində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları olan “Vaz 2107” markalı nəqliyyat vasitəsi əks istiqamətdə hərəkət edən “Niva” markalı avtomobillə toqquşub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. Onlar 33 yaşlı Siyəzən rayon sakinləri Qorxmaz Sultanov, 49 yaşlı Məhərrəm Mirzəyev və 26 yaşlı Quba rayon sakini Əmir Sədullayevdir. Qəzaya düşən Q.Sultanov Siyəzən Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, M.Mirzəyev isə polis nəfəridir.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
Qubada çörək sexində yanğın baş verib - FOTO
23:16
8 may 2024
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
20:25
8 may 2024
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
19:20
8 may 2024
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
19:17
8 may 2024