Azərbaycanın kənd təsərrüfatı naziri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri ilə görüşüb

Azərbaycanın kənd təsərrüfatı naziri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri ilə görüşüb
# 05 oktyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Sərdar Cam ilə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə sentyabrın 11-də Bakıda imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsinin fəaliyyətinin nizamlanması haqqında Protokol» müzakirə edilib.

Görüşdə İ.Abasov TİKA tərəfindən aqrar sahəyə göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, bu qurumun yaradılmasında əsas məqsəd Azərbaycanda və Türkiyədə yetişdirilən taxıl, tərəvəz və yem bitkiləri sortlarının sınaq əkinlərini aparmaq, bölgənin toxum ehtiyacını ödəmək, toxumçuluğu qarşılıqlı inkişaf etdirmək və təcrübə mübadiləsini artırmaqdan ibarət olduğunu bildirib.

Görüşdə çıxış edən Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev qeyd edib ki, müəssisəyə 720 hektar cəmi torpaq sahəsi təhkim olunub ki, bunun da 700 hektarı əkinə yararlıdır. Eyni zamanda, protokolda nəzərdə tutulan işlər əsasən yerinə yetirilib, xüsusilə toxumçuluq sahəsində xeyli irəliləyişlərə nail olunub. Belə ki, Azərbaycanda və Türkiyədə yaradılmış bir sıra taxıl sortlarının qarşılıqlı sınaqları keçirilib, hər il müəssisə tərəfindən 550-600 ton yüksək keyfiyyətli toxum istehsal olunaraq fermerlərə satılıb. Türkiyədə yaradılmış «Gönən» və «Dağdaş» yumşaq buğda sortları Azərbaycanın torpaq iqlim şəraitində özlərini daha yaxşı göstərdiyindən, bu sortların toxumlarına fermerlərin marağı artır.

TİKA-nın rəhbəri S.Cam protokolun icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi və iki ölkə arasında mütəxəssis mübadiləsinin aparılmasının vacibliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR