Serbiyada Quranı yandıran şəxs həbs olunub

Serbiyada Quranı yandıran şəxs həbs olunub
# 01 noyabr 2012 01:48 (UTC +04:00)
Bakı-APA. Serb polisi Belqradda nifrət və dözülməzlik təbliğatı ittihamı ilə Predraq Çosoviçi həbs edib. Çosoviçin Facebookdakı səhifəsində yerləşdirdiyi şəkildə onun Quran kitabını yandırdığı görünür.

Çosoviç bir ildən səkkiz ilədək azadlıqdan məhrum edilə bilər.

Çosoviçin yerləşdirdiyi şəkil Balkanlarda güclü etiraza səbəb olub. İslam bölgənin ənənəvi dinlərindən biridir. Son məlumatlara görə, Serbiya əhalisinin 3,2%-i müsəlmandır. Məlumatda müstəqilliyini elan etmiş Kosovo vilayəti nəzərə alınmır. Kosovoda əhalinin 90%-i müsəlmandır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR