Sabir Rüstəmxanlı MHP-nin qurultayına qatılacaq

Sabir Rüstəmxanlı MHP-nin qurultayına qatılacaq
# 23 oktyabr 2012 12:12 (UTC +04:00)
Bakı – APA. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyənin aparıcı siyasi partiyalarından olan Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirak edəcək.

VHP təşkilat şöbəsindən APA-ya verilən məlumata görə, MHP-nin noyabrın 4-də keçiriləcək X qurultayında qonaq qismində iştirak etməsi üçün S.Rüstəmxanlıya dəvətnamə göndərilib.

S.Rüstəmxanlı artıq dəvəti qəbul edib və qurultayda iştirak üçün bütün texniki məsələlər həll edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR