Azərbaycanla Türkiyə arasında peşə diplomlarının qarşılıqlı tanınması gözlənilir

Azərbaycanla Türkiyə arasında peşə diplomlarının qarşılıqlı tanınması gözlənilir
# 05 sentyabr 2012 07:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, peşə diplomlarının qarşılıqlı tanınması Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində imzalanması gözlənilən yeni sazişdə öz əksinin tapacaq.

N. Məmmədov deyib ki, peşə standartlarının uyğunlaşdırılması ilə bağlı Türkiyə ilə də təcrübə mübadiləsi aparılacaq. Hazırda Dünya Bankı ilə də bu istiqamətdə layihə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR