Qırğızıstan enerji daşıyıcılarının istehsalı və ixracı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Qırğızıstan enerji daşıyıcılarının istehsalı və ixracı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır
# 11 avqust 2012 09:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Qırğızıstanın sənaye və energetika naziri Askarbek Şadiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Abdullayev Azərbaycanın neft sektoru, həyata keçirilən regional əhəmiyyətli neft-qaz layihələri, habelə ARDNŞ-in ölkə daxilində və xaricdə gerçəkləşdirdiyi iri tutumlu sərmayə proqramları haqqında qonaqlara ətraflı məlumat verib.

Ölkəsində aparılan islahatlar haqqında danışan Qırğızıstanın sənaye və energetika naziri A.Şadiyev inkişafın Azərbaycan modelinin böyük maraq doğurduğunu qeyd edib. Qırğızıstanlı nazir enerji daşıyıcılarının istehsalı və ixracı sahəsində etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. ARDNŞ prezidenti Azərbaycanın əməkdaşlıq üçün açıq və əlverişli ölkə olduğunu, həyata keçirdiyi layihələrdə iqtisadi səmərəlilik prinsipinə böyük önəm verdiyini nəzərə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR