Azərbaycan baş nazirinin birinci müavini Bosniya və Herseqovinada səfərdədir

Azərbaycan baş nazirinin birinci müavini Bosniya və Herseqovinada səfərdədir
# 06 noyabr 2012 08:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov Bosniya və Herseqovinada səfərdədir. APA-nın məlumatına görə, Y. Eyyubov Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçlə görüşüb.

Toplantı mətbuata qapalı keçib. Görüş sonrası mətbuata verilən açıqlamada iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Y. Eyyubovun səfər çərçivəsində Bosniya və Herseqovinanın bir sıra dövlət və hökumət rəhbərləri ilə görüşləri planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR