Payız imtahanında iştirak etməyən şagirdlərlə bağlı müzakirə aparılacaq

Payız imtahanında iştirak etməyən şagirdlərlə bağlı müzakirə aparılacaq
# 14 sentyabr 2012 09:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasında payız imtahanında iştirak etməyən şagirdlərlə bağlı müzakirə aparılacaq. APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə deyib ki, həmin şagirdlərin taleyi ilə təhsil ocaqları və şöbələri məşğul olmalıdırlar: “Azərbaycanda ümumi orta təhsil icbaridir. Nə üçün həmin şagirdlər buraxılış imtahanında olmayıblar? Onlar niyə təhsildən yayınıblar? Bunun səbəbləri nədir? Bu məsələlərin hamısı müzakirə olunacaq və bununla bağlı müvafiq tədbirlər görüləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR