Goranboyda arxeoloji qazıntılar zamanı aşkar edilmiş tarixi yerlərdə tədqiqat işləri aparılacaq

Goranboyda arxeoloji qazıntılar zamanı aşkar edilmiş tarixi yerlərdə tədqiqat işləri aparılacaq
# 23 iyul 2012 08:38 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Goranboy rayonu ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş tarixi yerlərdə tədqiqat işləri aparacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaxın günlərdə başlanacaq tədqiqat işləri Şadılı və Səfikürd kəndləri ərazisində həyata keçiriləcək. Aparılan tədqiqatlar zamanı Səfikürd ərazisində 4 min 500 il tarixi olan yaşayış məskəni, həmçinin ilk tunc dövrünə aid 10-dan artıq insanın dəfn olunduğu kurqan aşkar edilib. Bu da bölgənin daha dərindən öyrənilməsinə əsas verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR