Azərbaycanda Dövlət Qulluğu Strategiyası hazırlanacaq

Azərbaycanda Dövlət Qulluğu Strategiyası hazırlanacaq
# 10 oktyabr 2012 06:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Komissiya Strategiya və Dövlət Qulluğu Məcəlləsi üzərində işləyir. Strategiyada ölkədə dövlət qulluğunun həyata keçirilməsinin inkişaf yolu əks olunacaq: “İndiyədək bir çox iş görülüb, lakin hələ görüləsi çox iş var. Dövlət qulluğunda yaxşı idarəçilik metodları, elektron hökumət, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət qulluqçularının ixtisaslarının və potensiallarının artırılması Strategiyada əksini tapacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR