Vitali Kliçko boksçu karyerasını başa vurub

Vitali Kliçko boksçu karyerasını başa vurub
# 24 sentyabr 2012 15:58 (UTC +04:00)
Bakı – APA. Ukraynalı ağır çəkili boksçu Vitali Kliçko idman karyerasını başa çatdırdığını bəyan edib.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, məşhur boksçu bundan sonra rinqə çıxmayacağını bildirib.

41 yaşlı Vitali Kliçko qardaşı Vladimirin karyerasını davam etdirəcəyini söyləyib: “Kliçko daha bir neə dəfə rinqə çıxaraq Ukraynanın bayrağını qaldıracaq, himnini səsləndirəcək”.

Qeyd edək ki, aktiv siyasətə atılan Vitali Kliçkonun rəhbərlik etdiyi “UDAR” partiyası oktyabrın 28-də Ukrayna parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR