Somalidə yeni prezident seçilib

Somalidə yeni prezident seçilib
# 10 sentyabr 2012 23:55 (UTC +04:00)
Bakı-APA. Həsən Şeyx Məhəmməd Somalinin yeni prezidenti seçilib. Ölkə parlamentariləri onun namizədliyini dəstəkləyiblər.

Həsən Şeyx Məhəmmədin prezident seçilməsi bir qədər gözlənilməz olub. O gözlənilmədən ölkənin hazırkı lideri Şeyx Şərif Əhmədi qabaqlayıb.

Yerli müşahidəçilərin fikrincə, yeni dövlət başçısının seçilməsi bu Afrika ölkəsində daxili siyasi vəziyyətin sabitləşməsinə gətirməlidir. Daha öncə, avqustun sonunda Somalidə yeni parlament formalaşdırılıb və Məhəmməd Osman Cəfəri onun sədri seçilib.

Somali 1991-ci ildə diktator Siad Barre devrildikdən sonra vahid dövlət kimi mövcud deyil. Ölkənin ərazisində iki tanınmamış dövlət var – Somalilend və Puntlend. Bundan əlavə ölkənin çox hissəsinə “Əş-Şəbab” islamçı qruplaşması və yerli tayfalar nəzarət edirlər. Ölkədə Afrika İttifaqının qoşunları var və müvəqqəti hökumət onların köməyi ilə vəziyyəti ələ almağa çalışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR