«Bank Standard» «Kartla ödə, «Apple» qazan!» lotereyasının sonuncu tirajını keçirir

«Bank Standard» «Kartla ödə, «Apple» qazan!» lotereyasının sonuncu tirajını keçirir
# 16 oktyabr 2012 08:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Oktyabrın 17-də «Bank Standard» QSC-nin «Kartla ödə, «Apple» qazan!» aksiyasının IV mərhələsinin uduş fondunun lotereyası keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, qaliblərin hər birinə «MakBook Air» noutbukları təqdim olunacaq.
Hər iştirakçı topladığı lotereya lotlarının ümumi sayını kartının nömrəsi ilə bankın saytı www.bankstandard.com vasitəsilə öyrənə bilər.

Xatırladaq ki, 2011-ci il oktyabrın 16-dan 2012-ci il sentyabrın 30-dək 4 mərhələdən ibarət olmaqla keçirilən «Kartla ödə, «Apple» qazan!» aksiyası «Bank Standard» tərəfindən buraxılmış bütün plastik kartların sahiblərini əhatə edib.

Aksiyada bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat (ATM), «Mobile Banking» xidməti vasitəsilə, habelə internetdə ödənilmiş məbləğlərin hər 10 şərti vahidi (manat, dollar, funt-sterlinq və avro) müqabilində bir lotereya şansı əldə edə bilərdi. Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, «Bank Standard»ın kart məhsullarını əldə etmək müqabilində də verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR