Baş Prokurorluq Sevinc Babayevanın həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib
27 sentyabr 2012 20:01 (UTC +04:00)
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, bəzi KİV-də M.Ə. Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayevanın həbs olunması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumat doğru deyil və tərəfimizdən təkzib olunur”.
E. Sultanov həmçinin KİV nümayəndələrinə müraciət edərək, onları hadisələri qabaqlamamağa və səbirlilik nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, bəzi xəbər portallarında S. Babayevanın həbs edilməsi barədə məlumatlar yer alıb.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

Hadisə
Şahbuzda avtomobil aşıb, 4 yeniyetmə xəsarət alıb
16:37
22 may 2024
Zabratda açıq ərazisdə olan yanğın söndürülüb - VİDEO
15:56
22 may 2024
Daşkəsəndə orta məktəbdə 20 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanılıb
15:12
22 may 2024
Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi ilə bağlı qərar açıqlanıb
14:14
22 may 2024