Bakıda ər qısqanclıq zəminində arvadını bıçaqlayıb

Bakıda ər qısqanclıq zəminində arvadını bıçaqlayıb
# 18 sentyabr 2012 06:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.

Hadisə rayonun Naximov küçəsi, 74 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Elçin İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Əliyevanı bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən E. İbrahimov polis tərəfindən saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR