Yardımlı rayon mərkəzində su və kanalizasiya sistemi quraşdırılır
25 iyul 2012 08:24 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev-APA. Dünya Bankının maliyyə dəstəyi ilə dağlıq Yardımlı rayonunda ilk dəfə olaraq su təchizatı və kanalizasiya sistemlərinin qurulması işinə başlanıb. Yardımlı Rayon İcra Hakimiyyəti aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, əhaliyə fasiləsiz içməli suyun verilməsi və çirkab suların axıdılmasını təmin etmək məqsədilə gerçəkləşən layihənin icrasına 300-ə yaxın fəhlə və 40-dan çox ağır texnika - ekskovatorlar, qaynaq aqreqatları, asfaltqazan qurğular, ağırtonajlı yük avtomobilləri cəlb olunub.
Çirkab suların axıdılması üçün xətlərin çəkilməsində diametri 300 -110 millimetrlik korqo borulardan, su xətlərinin çəkilişində isə diametri 250-32 mm-lik plastik borulardan istifadə olunur. Ümumilikdə rayon daxilində 2 ədəd 500 kubluq, 1 ədəd 200 və 10 ədəd 100 kubluq su anbarının tikintisi nəzərdə tutulub. Layhə çərçivəsində Yardımlı şəhərinə içməli su Avur yeraltı su mənbəyindən gətiriləcək.
Rayonda su-kanalizasiya sistemlərinin qurulması layihəsindən 8000 nəfər yararlanacaq və 100-ə yaxın yerli sakin daimi işlə təmin olunacaq. Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna kimi başa çatdırılması planlaşdırılıb.

Sosial
Dövlət Xidmətində Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib
15:33
10 may 2024
DSMF-nin gəlirləri və xərcləri artıb
15:25
10 may 2024
ƏƏSMN kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib
14:56
10 may 2024
Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
14:19
10 may 2024