Azərbaycanda yaşayış binasına bomba qoyulması barədə polisə yalan məlumat verilib

Azərbaycanda yaşayış binasına bomba qoyulması barədə polisə yalan məlumat verilib
# 21 sentyabr 2012 10:35 (UTC +04:00)
Bu barədə APA-ya Lənkəran Rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, ötən gecə Lənkəran rayonu ərazisində, naməlum şəxs polisə zəng edərək, Lənkəran Mərkəzi Rayon Xəstəxanası ilə üzbəüz binaya bomba qoyulması və indi binanın partlayacağı barədə məlumat verib.

Araşdırmalar zamanı zəng vuran şəxsin Zamin Əzizov olması müəyyən edilib. Sərxoş vəziyyətdə olan həmin şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR