Azərbaycanda bir ay əvvəl hərbi xidmətə çağırılmış əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb

Azərbaycanda bir ay əvvəl hərbi xidmətə çağırılmış əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb
# 30 avqust 2012 08:09 (UTC +04:00)
Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, əsgər Novruzov Elşən Nəriman oğlunun xəstəlikdən ölməsi faktına görə, Bakı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu avqustun 29-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölümə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion – toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.

Silahlı Qüvvələrin və Səhiyyə Nazirliyinin baş mütəxəssisləri tərəfindən ən müasir müayinə və müalicə metodlarının tətbiqinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR