Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi fəaliyyətə başlayıb

Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi fəaliyyətə başlayıb
# 01 oktyabr 2012 07:51 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Parlament seçkiləri ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi fəaliyyətə başlayıb. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məntəqə bu gün axşam saat 20.00-dək fəaliyyət göstərəcək.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Seçkilərdə səsvermə hüququna malik 3 milyon 613 min 851 nəfər, o cümlədən xaricdə olan Gürcüstan vətəndaşları bu hüququndan istifadə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR