QHT-lərə Dövlət Dəstəyi Şurasında Avropa Qəzetəçilər Dərnəyinin rəhbəri ilə görüş keçirilib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurasında Avropa Qəzetəçilər Dərnəyinin rəhbəri ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 27 iyul 2012 12:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Avropa Qəzetəçilər Dərnəyinin sədri Adnan Fişənglə görüşüb. APA-nın məlumatına görə, görüşdə Türkiyə və Azərbaycan QHT-lərinin ortaq mətbuat layihələri çərçivəsində əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb.

Şuranın başqa QHT-lər sırasında jurnalist təşkilatlarına da yardımından danışan F. Qurbanov Avropa Qəzetəçilər Dərnəyilə də səmərəli əməkdaşlığın qurulmasının mümkünlüyü qeyd edib. Birgə fəaliyyətin əsas hədəfləri kimi ölkələrimizin mədəni nailiyyətlərinin Avropada təbliğini, eləcə də türk dünyasına qarşı müxtəlif təzyiqlərin mətbuat vasitəsilə önlənməsinin vacibliyini bildirən F. Qurbanov Dərnəyin Azərbaycanda fəaliyyətinin genişlənməsi ilə bağlı Şuranın əməkdaşlığa hazır olduğunu bildirib.

A. Fişəng qurumun strateji məqsədləri, eləcə də Azərbaycanda təmsilçiliyinin rəsmiləşdirilməsi barədə öz fikirlərini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR