Şəmkirdə inşaat materialları mağazası yanıb, xəsarət alan var - YENİLƏNİB - FOTO

Şəmkirdə inşaat materialları mağazası yanıb, xəsarət alan var - YENİLƏNİB  - FOTO
# 01 may 2024 16:47 (UTC +04:00)

Şəmkir rayonunun Düyərli kəndində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 800 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının yanar konstruksiyaları və dam örtüyü 480 m² sahədə, bitişik sahəsi 300 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikinti materialları satışı mağazasının və kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

15.21

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Kənd ərazisində yerləşən inşaat materialları mağazasında anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR